سه شنبه 28 آذر 1391ده گؤنده ریلیب
بؤلوم |        یازار :  leylaibrahimy
+ به یه ن

 

پاييز گئتدي قار گلدي

 

payız getdi qar gəldi

 

چيلله گلدي وار گلدي

 

çillə gəldi var gəldi

 

آغزينيز شيرين اولسون

 

ağzınız şirin olsun

 

قارپيز گلدي نار گلدي

 

qarpız gəldi nar gəldi

 

چيلله نيز موبارك اولسون

 

 çilləniz mubarək olsun

 

سه شنبه 28 آذر 1391ده گؤنده ریلیب
بؤلوم |        یازار :  leylaibrahimy
+ به یه ن

يئنه آداملار

yenə adamlar

بو آداملار گؤزلرينده سئوگي دولانديريرلار

bu adamlar gözlərində sevgi dolandırırlar

يئنه

yenə

بسله دييي سئوگي

bəslədiyi sevgi

بالا - بالا اوزاقلاشير گؤزلريندن

bala - bala uzaglaşır gözlərindən

ايچينده سوسلايير هله بوغوضونو

içində suslayır hələ buğuzunu

دؤنوب باشينا دولاناجاق

dönüb başına dolanacaq

بوچرچيوه سيز شكيلين

bu çərçivəsiz şəkilin

سن اوزاقدا

sən uzaqda

او...................

....................o

آجي ياشييير

acı yaşıyır

آجيسيز سئوگي مي اولار ؟ ! دئييردين

acısız sevgi mi olaolr?! deyirdin

دؤنوب يازيردي

dönüb yazırdı

اوزون بير مكتوب

uzun bir məktub

باشا ساليردي

başa salırdı

بوتون ووجودو سئوگييله دولوب

bütün vucudu sevgiilə dolub

دؤنوب يازيردين

dönüb yazırdın

ايللر بوندان بري

illər bundan bəri

بيزي قيسقاناجاقلار آداملار

bizi qısqanacaqlar adamlar

هـِ.............................

..........................he

يئنه آداملار

yenə adamlar

-

گؤزلري دؤزمه دن دولوخسايير

gözləri sözmədən doluxsayır

دامجي - دامجي

damcı - damcı

ايچير گؤز ياشلاريني

içir göz yaşlarını

يازديغي

yazdığı

سون مكتوب

son məktub

.

.

.

يئنه دمير يولو

yenə dəmir yolu

آداملار دوداقلاريندا گولوش گيزله ديبلر

adamlar dodaqlarında gülüş gizlədiblər

و

گولومسه ييرلر باخيشلاريندا، يالنيزليغا

gülümsəyillər baxışlarında,yalnızlığa

ايچينده قيسقانير

içində qısqanır

گؤزلرينده سئوگي دولانديران آداملاري

gözlərində sevgi dolandıran adamları

-

يئنه

yenə

گؤزلريوين بوياغيندان

gözlərivin boyağından

گيله - گيله

gilə - gilə

آيريلير باخيشلاري

irılır baxışları